Elmira Süleymanova qadınlara qahmar çıxdı

Elmira Süleymanova qadınlara qahmar çıxdı
  28 Noyabr 2013    Oxunub:1489
Ümumqəbul olunmuş qaydaya əsasən, qadınların və kişilərin hüquq bərabərliyinin gerçəkləşməsindən ötrü onlar üçün bərabər imkanların yaradılması zəruridir.
Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bunu BMT-nin qadınlara qarşı zorakılıq üzrə xüsusi məruzəçisi xanım Raşida Mancunu qəbul edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bildirib.

Müvəkkil ölkəmizdə əhalinin bütün qruplarının maraqlarının və onların fundamental insan hüquqlarının təmin olunmasına, həmçinin qadınların hüquqlarının müdafiəsinə də diqqətlə yanaşıldığını nəzərə çatdırıb.
Müvəkkil Avropa Şurasının Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onlara qarşı mübarizə haqqında Konvensiyası üzrə təkliflər verdiyini, bunların bəzilərinin nəzərə alındığını söyləyib.

O, qadınlara qarşı zorakılıq probleminə fərdi yanaşmanın, bu məsələnin səbəblərini araşdırmağın, aradan qaldırılması yollarını üzə çıxarmağın, ahıl qadınların, tənha anaların da hüquqlarının müdafiəsinin vacibliyini, yeniyetmə qızların erkən və qeyri-rəsmi nikahlarının yolverilməzliyinin, qadınların regionlarda fəallığının artırılmasının, habelə onların idarəetmədə, qərar qəbuletmədə, seçkilərdə fəal iştirakının, vəzifələrə irəli çəkilməsinin, qadın sahibkarlığının genişləndirilməsinin, qadın hüquqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini önə çəkib.

Ombudsman qadınlara qarşı zorakılıqla mübarizəni müxtəlif mərhələlər üzrə aparmağı təklif edib. Onun fikrincə, əvvəlcə bunun preventiv üsullarla qarşısını almaq, hüquqi maarifləndirmə, ailələrlə, icmalarla görüşlər, söhbətlər və izahat işi aparmaq, həmçinin zorakılıq hallarının aşkar olunması, pozulmuş hüquqların bərpası, xüsusi sığınacaqların, böhran mərkəzlərinin yaradılması, zorakılığa məruz qalmış ailələrə maddi, mənəvi və psixoloji yardımların göstərilməsi, məişət zorakılığına qarşı mübarizə üzrə beynəlxalq təcrübənin öyrənilməsi vacibdir.


Teqlər:  





Xəbər lenti