Emin Ağalarov “OK!” jurnalını alıb

   Emin Ağalarov “OK!” jurnalını alıb
  15 İyul 2019    Oxunub:5020
İş adamı və müğənni Emin Ağalarov “OK!” nəşrinin rus versiyasının saytı və jurnalının yeni sahibidir.
Azvision.az xəbər verir ki, bunu “TASS”-a “Forbes” Rusiyanın marketinq və ictimai əlaqələr direktoru Dmitriy Ozman deyib.

““OK!” juranlının yeni sahibi iş adamı Emin Ağalarov oldu. Müqavilə cümə günü imzalanıb və hər şey bir ay ərzində yekunlaşacaq. Məşhur parlaq nəşr, həm də eyniadlı sayt “JARA” mediaholdinqin tərkibinə daxil olur”.

Qeyd olunub ki, dəyişikliklər yalnız jurnalın idarəetmə strukturuna təsir edəcək, baş redaktor Vadim Vernik öz vəzifəsində qalacaq. Oxucular üçün nəşrlərin formatı və reklamverenler üçün əməkdaşlıq şərtləri eyni qalacaq, redaksiya siyasətində heç bir dəyişiklik planlaşdırılmır.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Emin-Ağalarov  





Xəbər lenti