İkinci yarış günündə ilk qızıl medalçılar

İkinci yarış günündə ilk qızıl medalçılar
  28 İyul 2019    Oxunub:1937
Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib.
Azvision.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

İlk olaraq yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 67, 73 və 81 kq-a qədər olan atletlər körpücük üzərinə qalxıblar. 67 kq çəki dərəcəsində toplam 230 kq (105+125) nəticə ilə Nurlan Məmmədzadə, 73 kq çəki dərəcəsində toplam 200 kq (90+110) nəticə ilə Əbdülmətin İsmayılov, 81 kq çəki dərəcəsində isə toplam 201 kq (88+113) nəticə ilə Zaur Hüseynov qalib adını qazanıblar.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

Azvision.az


Teqlər: Atletika   Yarış  





Xəbər lenti