Şəhriyar Məmmədyarov daha üç oyun keçirəcək

Şəhriyar Məmmədyarov daha üç oyun keçirəcək
  29 İyul 2019    Oxunub:1549
Parisdə “Grand Chess Tour 2019” seriyasının dördüncü mərhələsinin oyunları davam edir.
Azərbaycanı nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov rapid yarışlarının dördüncü turunda rusiyalı Yan Nepomnyaşi, beşinci turunda polşalı Kriştov Duda, altıncı turunda isə hollandiyalı Aniş Giri ilə mübarizə aparacaq.

Qeyd edək ki, iyulun 27-də keçirilmiş turnirin ilk turunda şahmatçımız rusiyalı Aleksandr Qrişukla heç-heçə edib, ikinci turda fransalı Maksim Vaşe-Laqrav, üçüncü turda isə amerikalı Hikaru Nakamuraya uduzub. Ş.Məmmədyarovun aktivində 1 xal var.

Azvision.az



Teqlər: ŞəhriyarMəmmədyarov  





Xəbər lenti