Məmmədyarov iki turda qələbə qazanıb

Məmmədyarov iki turda qələbə qazanıb
  29 İyul 2019    Oxunub:1935
Fransanın paytaxtı Parisdə "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsinin oyunları davam edir.
Azvision.az xəbər verir ki, Azərbaycanı nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov rapid yarışlarının 3 turunda mübarizə aparıb. Şahmatçımız dördüncü turda rusiyalı Yan Nepomnyaşini, altıncı turda hollandiyalı Aniş Girini məğlub edib. Məmmədyarov beşinci turda polşalı Kriştov Dudaya uduzub.

Qeyd edək ki, Azərbaycan şahmatçısının aktivində 5 xal var. Fransalı Maksim Vaşe-Laqrav 9 xalla turnir cədvəlinin lideridir.

Azvision.az



Teqlər: Şəhriyar-Məmmədyarov   Şahmat  





Xəbər lenti