Paracüdo millimiz Avropa çempionatında 10 medal qazanıb
Qızıl medalı ölkəmizin aktivinə qadınların yarışında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Xanım Hüseynova yazdırıb. Sevda Vəliyeva (57 kq) və Dürsədəf Kərimova (70 kq) gümüş, Səbinə Abdullayeva (52 kq) bürünc medallara layiq görülüblər.
Kişilərin yarışında Bayram Mustafayev (66 kq) və İlham Zəkiyev (+100 kq) Avropa çempionatında yalnız finalda uduzaraq gümüş medallarla kifayətlənməli olublar. Bürünc medalları isə ölkəmizə Namiq Abbaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (83 kq) və Kənan Abdullaxanlı (100 kq) yazdırıblar.
İdmançılarımız bu nailiyyət sayəsində “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılmaq şanslarını daha da möhkəmləndiriblər.
Azvision.az
Teqlər: Paracüdo Avropa-Çempionatı