“Qarabağ”ın potensial rəqibləri bu gün bilinəcək

“Qarabağ”ın potensial rəqibləri bu gün bilinəcək
  30 İyul 2019    Oxunub:2473
Bu gün avrokubokların III təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibləri müəyyənləşəcək.
Azvision.az xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasında İrlandiyanın “Dandolk” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlər arasında baş tutan ilk oyunda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.

“Qarabağ” “Dandolk” səddini keçə bilməsə, Avropa Liqasının III təsnifat mərhələsində “Feronikeli” (Kosovo) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk matçında slovakiyalılar qələbə qazanıblar – 2:1.

Qeyd edək ki, “Qarabağ” və “Dandolk” arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Azvision.az


Teqlər: Qarabağ   Avrokubok  





Xəbər lenti