Sərhəddə atışma zamanı ölən mayor dəfn edildi

Sərhəddə atışma zamanı ölən mayor dəfn edildi
  03 Dekabr 2013    Oxunub:1832
AzVision.az xəbər verir ki, Azərbaycan İran sərhədində sərhəd pozuçuları arasında baş verən atışma zamanı dünyasını dəyişən 37 yaşlı mayor Maqsud Nağıyev bu gün dəfn edilib. O, günorta saatlarında doğulduğu Sabirabad rayon Çiçəkli kənd qəbirstanlığında xidmət etdiyi hərbi hissənin zabitlərinin iştirakı ilə torpağa tapşırılıb.

14 ildir ki, Dövlət Sərhəd Xidmətində qulluq edən zabit Naxçivanski adına hərbi məktəbi daha sonra isə ali hərbi məktəbi bitirib. Allah rəhmət eləsin!

Silahlı insident zamanı yaralanan 50 yaşlı polkovnik leytenant Azər Şəfiyev və 29 yaşlı kapitan Vüqar Vahabov paytaxta Sərhəd Qoşunlarının hospitalına gətirilib. Hazırda hospitalda olan müxbirimizin verdiyi məlumata görə, Azər Şəfiyevin vəziyyəti ağır kimi qiymətləndirilib. Digər yaralı Vüqar Bahabovun isə yarası yüngül olduğundan sabah hospitaldan evə buraxılacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti