Futbolçunun karateçi arvadı

 Futbolçunun karateçi arvadı
  03 Dekabr 2013    Oxunub:1788
Məşhur futbolçunun həyat karate üzrə dünya çempionu adını qazanıb
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın “Borrusia Dortmund” futbol klubunun və Polşa yığma komandasının hücumçusu Robert Levondovskinin həyat yoldaşı Anna Staçerskaya karate üzrə qadınlar arasında dünya çempionu adını qazanıb.

Bundan əvvəl 2009-cu ildə Staçerskaya çempionatın bürünc medalı ilə kifayətlənmişdi. Levondovski isə twitter” sosial şəbəkəsində həyat yoldaşı ilə fəxr etdiyini qeyd edib.

Xatırladaq ki, hazırda 11 oyuna 9 qol vuran 25 yaşlı Robert Levondovski “Borrusiya Dortmund” klubunun və Alamniya çempionatının ən sərrast oyunçusudur.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti