Braziliyalı nazir Dünya Çempionatını toya bənzətdi

Braziliyalı nazir Dünya Çempionatını toya bənzətdi
  05 Dekabr 2013    Oxunub:1374
“Bütün olduğum toylarda gəlin toya gecikib. Mən hələ görməmişəm ki, bir bəylə gəlin toya vaxtında gəlsin. Lakin heç bir toy buna görə ləğv olunmayıb”.
Braziliya rəsmi şəkildə 2014-cü ildə ölkədə keçiriləcək Dünya Çempionatı üçün tikilməli olan 6 stadionun FİFA tərəfindən təyin edilən vaxta 31 dekabr 2013-cü il tarixinə qədər hazır ola bilməyəcəyini bildirib. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin idman naziri Aldo Rebelo 6 stadionun – San Paulu, Kuritibe, Port-Aleqri, Manause, Natale və Kuyabe tikintisində gecikmə olacağını etiraf edib.

“Açılış müddətlərinə riayət edə bilməsək də, gecikmə çox deyil. Biz yanvarda işləri yekunlaşdırmaq istəyirik. Bütün olduğum toylarda gəlin toya gecikib. Mən hələ görməmişəm ki, bir bəylə gəlin toya vaxtında gəlsin. Lakin heç bir toy buna görə ləğv olunmayıb”.

Artıq FİFA rəhbərliyi də açılış mərasimlərinin təxirə salınmasına razılıq verilib.

Xatırladaq ki, Dünya Çempionatının təntənəli açılış mərasimi 2014-cü il iyunun 12-də San-Paulu stadionunda keçiriləcək.


Teqlər:  





Xəbər lenti