“Bohema” operası nümayiş olunacaq

“Bohema” operası nümayiş olunacaq
  06 Sentyabr 2019    Oxunub:2775
Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cakomo Puççininin “Bohema” operasının tamaşası keçiriləcək.
Azvision.az xəbər verir ki, tamaşanı tanınmış italiyalı dirijor Lorenso Tassyeri idarə edəcək. L.Tassyeri vətəni İtaliyadan başqa dünyanın bir çox ölkələrində - Avropa, Latın Amerikası və Yaxın Şərq, habelə ABŞ, Yaponiya, Çin, Koreya və s. ölkələrin ən mötəbər teatr və konsert salonlarında çıxış edir. Opera tamaşasında Mimi partiyasını Teatrın aparıcı solisti - Əməkdar artist, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Teatrın rəhbərliyi tanınmış və istedadlı opera ifaçıları - Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanovu və Belarusun Əməkdar artisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Vladimir Qromovu da tamaşada əsas partiyalardan olan Rudolf və Marselin partiyalarını ifa etmək üçün dəvət edib.

Tamaşada həmçinin Azərbaycan Respublikasının Əməkdar artistləri İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) çıxış edəcəklər.

Azvision.az



Teqlər: Opera  





Xəbər lenti