Qəza törədib qaçan avtomobil sürücüləri axtarılır

Qəza törədib qaçan avtomobil sürücüləri axtarılır
  07 Dekabr 2013    Oxunub:1192
Qəza törədib hadisə yerindən qaçan naməlum avtomobillərin sürücülərinin məsuliyyətə cəlb olunması üçün əməliyyat-axtarış tədbirləri görülür.
Şəmkir rayonunun Seyfəli kəndinin ərazisində naməlum avtomobillə Nərimanlı kənd sakinləri Ruslan Qasımov və Saleh Mustafayevi vuruublar.

Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Paytaxtın Z.Bünyadov prospektində də naməlum avtomaşın Bakı şəhər sakini Namiq Xudaverdiyevi vurub. N.Xudaverdiyevə xəstəxanada tibbi yardım göstərilib.

Eləcədə Xətai rayonunun ərazisində isə naməlum avtomobillə paytaxt sakini Diyana Batışova vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər 3 hadisə ilə bağlı cinayət işi açılıb, naməlum avtomobillərin sürücülərinin tapılaraq məsuliyyətə cəlb olunması üçün əməliyyat-axtarış tədbirləri görülür.


Teqlər:





Xəbər lenti