Berti Foqts Rövnəq Abdullayevə hesabat verdi

Berti Foqts Rövnəq Abdullayevə hesabat verdi
  07 Dekabr 2013    Oxunub:1282
AFFA-nın prezidenti futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə görüşdü.

Dekabrın 7-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla görüşüb.

AFFA-dan AzVision.az -a bildiriblər ki, B.Foqts ötən mövsüm ərzində milli komandada fəaliyyəti barədə R.Abdullayevə hesabat verib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və AFFA-nın baş katibi Elxan Məmmədov da görüşdə iştirak ediblər.


Teqlər:





Xəbər lenti