NDI təmsilçisinin bəhanəsi

NDI təmsilçisinin bəhanəsi
  12 Mart 2013    Oxunub:1990
NDİ-ın Azərbaycan nümayəndələyinin təlimçisi Ruslan Əsəd öz Facebook səhifəsində AzVision.az-ın xəbərinə reaksiya verib.
“Mən burdan bəyan edirəm, mənim aksiyada iştirakım vətəndaş kimi iştirakım olub və bunun mənim işlədiyim yerə heç bir aidiyyatı yoxdur. Mən Azərbaycan Respublikasının vətəndaşı kimi konstitusion hüququmdan istifadə etmişəm. Haqqımda yazılan digər məsələləri cavab verilməyə layiq olmayan böhtan hesab edirəm”,- deyə Ruslan Əsəd bildirib.

Bu açıqlama ilə bağlı bir məqama toxunmaq istərdik. Ruslan Əsəd, şəkillərdən də göründüyü kimi, mitinqə müşahidəçi yox, aktiv iştirakçı kimi qoşulub. Hətta çox aktiv iştirakçı kimi. O dərəcədə ki, polislə qarşıdurmaya gedib, tutulub və buraxılıb.

Məsələ bundadır ki, sabah onun çalışdığı qurum Azərbaycanla bağlı yazdığı hansısa hesabatda obyektv ola biləcəkmi? Axı onun əməkdaşı aksiya iştirakçısı olub, hadisələrə münasibətdə konkret siyasi mövqeyi var! Əlbəttə, insanın siyasi mövqeyi ola bilər. Amma bu halda həmin şəxs ya tərəfsizlik tələb edən işlərlə məşğul olmamalıdır, ya da mövqeyini heç bir halda büruzə verməməlidir. Amma biz Azərbaycanda bunun tam əksini görürük.

Və bu, təkcə NDI-ın əməkdaşına yox, bir sıra başqa təşkilatların da təmsilçilərinə, həmçinin jurnalistlərə aiddir. Mitinqə tərəf kimi qatılıb emosiyalar yaşayan, öz mövqeyini ortaya qoyan insan heç vaxt sonradan həmin hadisəyə tərəfsiz şərh verə bilməz. Bu, aksiomdur. Onlar tərəf olanda bu haqqlarını itirirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti