Fariz Məmmədov: Uduzmağa haqqım yoxdur

Fariz Məmmədov: Uduzmağa haqqım yoxdur
  11 Dekabr 2013    Oxunub:1447
Fariz Məmmədov: Rəqibimə və onun titullarına hörmətlə yanaşıram. Qəbələdə bizi boks bayramı gözləyir.
“Avropa çempionluğu kəməri uğrunda döyüşmək arzusunda idim. Bu, mənim üçün yeni stimuldur”.

AzVision.az xəbər verir ki,bu sözləri almaniyalı Matias Pelk ilə Avropa çempionluğu kəməri uğrunda yarışacaq Azərbaycan boksçusu Fariz Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.

“Qəbələdə bizi boks bayramı gözləyir” deyə çempion bildirib. “Artıq doqquz ildir ki, 12 raundluq döyüşdə iştirak etmirəm. Rəqibimə və onun titullarına hörmətlə yanaşıram. Şadam ki, məhz onunla görüşəcəyəm. Uduzmağa haqqım yoxdur”.

M.Pelk isə öz növbəsində deyib ki, “Almaniyanın hüdudlarından kənarda ilk dəfə deyil ki, döyüşürəm. Qarşılaşmanın Qəbələdə keçirilməsindən də narahat deyiləm. Azarkeşlər mənə qarşı köklənəndə daha yaxşı döyüşürəm. Ümid edirəm ki, mənim burada da azarkeşlərim olacaq. Öz gücümə əminəm. Əks təqdirdə Bakıya gəlməzdim”.

Qeyd edək ki, on iki raundluq döyüş “Eurosport” telekanalı vasitəsilə dünyanın 63 ölkəsində canlı yayımlanacaq.

Görüş dekabrın 14-də Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq.


Teqlər:





Xəbər lenti