Avropa oyunlarının Təşkilat Komitəsi bəyanat yaydı

Avropa oyunlarının Təşkilat Komitəsi bəyanat yaydı
  14 Dekabr 2013    Oxunub:1535
Olimpiya yayımının əfsanəsi 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarının Təşkilat Komitəsinin tərkibinə daxil olub.
Olimpiya yayımının əfsanəsi Manolo Romero 2015-ci ildə Bakıda I Avropa oyunlarının Təşkilat Komitəsinin tərkibinə daxil olub.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, 2015-ci il Avropa oyunlarının Təşkilat Komitəsi (BEGOS) dekabrın 13-də bəyanat yayıb. Bəyanatda deyilir ki, Beynəlxalq İdman Teleyayım Şirkəti (ISB) Avropa oyunlarının əsas brodkasteri olub.

ISB 1996-cı ildə M.Romero tərəfindən yaradılıb. Yeddi Olimpiya oyunları, o cümlədən 2012-ci ildə London Olimpiadası zamanı yayımların təşkil edilməsinə M.Romeronun özü rəhbərlik edib.

Bəyanatda deyilir ki, idmanın bütün növlərini ehtiva edən Avropiadanın, habelə açılış və bağlanış mərasimlərinin 1200 saatlıq yayımına görə ISB məsuliyyət daşıyacaq. ISB Oyunların yayımına görə televiziya hüquqlarının satışı ilə də məşğul olacaq.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deqyd edib ki,“Strategiyamızın mühüm tərkib hissəsi kompleks yayımdır. Məqsəd birinci Avropa oyunlarını uğurlu keçirməkdir. Bizim ISB-nin simasında ideal tərəfdaşımız var”.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki deyib: “Bu, təkcə birinci Avropa oyunları üçün deyil, həm də Avropa oyunlarının uzunömürlülüyünü təmin etmək üçün çox yaxşı xəbərdir. Bu onu göstərir ki, Avropa oyunları həm Avropada, həm də bütün dünyada sanballı teleauditoriya toplamağa qadir olan həyat qabiliyyətli təşəbbüsdür. Bu, gələcəkdə ciddi kommersiya tərəfdaşları cəlb etməyimizə kömək göstərəcək”.


Teqlər:





Xəbər lenti