Güləş üzrə `Gələcəyin olimpiyaçıları` müəyyənləşdi

Güləş üzrə `Gələcəyin olimpiyaçıları` müəyyənləşdi
  14 Dekabr 2013    Oxunub:1704
Güləş üzrə “Gələcəyin olimpiyaçıları” adlı açıq respublika turniri başa çatdı.
AzVision.az xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında qızlar, sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında keçirilən “Gələcəyin Olimpiyaçıları” adlı açıq respublika turniri başa çatdı.

Yarışın son günü yunan-Roma güləşi üzrə 98 idmançı birincilik uğrunda mübarizə aparıb.

Turnirdə Araz Şükürzadə (32 kq), Mirsirac Həsənli (35 kq), Şükür Əhmədov (38 kq), Elvin Babayev (42 kq), Cavidan Cavadov (47 kq), Sənan Abdullazadə (53 kq), Samir Bayramov (59 kq), Heydər Fərmanov (66 kq) və Bəhruz Həziyev (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Turnirin məqsədi Azərbaycanda qadın güləşi, sərbəst və yunan-Roma güləşlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkar etmək və yarışın nəticələrinə əsasən perspektivli idmançıların yığma komandaya cəlb edilməsindən ibarətdir.


Teqlər:





Xəbər lenti