"Qalatasaray"ın bəxtinə "Çelsi" düşdü - Çempionlar Liqası

 "Qalatasaray"ın bəxtinə "Çelsi" düşdü - Çempionlar Liqası
  16 Dekabr 2013    Oxunub:1578
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
AzVision.az xəbər verir ki, beləliklə, bu mərhələdə oynamaq hüququ qazanan bütün komandaların rəqibləri müəyyənləşib. 1/8 final iştirakçıları arasında ən çox İngiltərə və Almaniya təmsilçiləri var. Belə ki, hər iki ölkənin 4 klubu mübarizəni davam etdirir. İtaliya, Fransa, Rusiya, Türkiyə və Yunanıstan isə hərəyə bir klubla təmsil olunur.

1/8 finalın ilk oyunları 18-19 və 25-26 fevralda keçiriləcək. Cavab görüşləri isə 11-12 və 18-19 mart tarixlərində baş tutacaq.

"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

"Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə)

"Milan" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya)

"Bayer" (Leverkuzen, Almaniya) - PSJ (Fransa)

"Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)

"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

"Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)

"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya) İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.



Teqlər:





Xəbər lenti