Avro-2016-nın təqvimində dəyişikliklər

Avro-2016-nın təqvimində dəyişikliklər
  20 Dekabr 2013    Oxunub:1331
Avro-2016-nın təqvimi açıqlandı, bir sıra dəyişikliklər var.
UEFA İcraiyyə Komitəsinin İspaniyanın Bilbao şəhərində keçirilən iclasında 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin təqvimi açıqlanıb.

AzVision.az xəbər verir ki, Avro-2016-nın final mərhələsində iştirak etmək üçün 53 yığma komanda mübarizə aparacaq.
Seçmə mərhələnin 9 qrupunun hər birində 5 və ya 6 komanda yer alacaq. Qitə çempionatının ilk oyunları gələn il 7, 8 və 9 sentyabr tarixlərində baş tutacaq. Son oyunlar isə 2015-ci ilin 11, 12 və 13 oktyabr tarixlərində keçiriləcək.

Qrup lideri olan 9 komanda, ikinci olan daha 9 komanda və ən yaxşı üçüncü nəticə göstərmiş komanda birbaşa olaraq final mərhələsinə adlayacaq. Qrupda 3-cü yeri tutan 8 yığma isə öz aralarında "play-off" oyunları keçirəcək.

Turnirin final mərhələsi 2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək. Fransanın ev sahibi kimi birbaşa iştirak edəcəyi çemionatda ümumilikdə ilk dəfə 24 milli yığma mübarizə aparacaq.

Final mərhələsinin qruplarının püşkü isə 2015-ci il dekabrın 12-də Parisdə atılacaq. 24 ölkə hər birində 4 komanda olmaqla 6 qrupa bölünəcək.

Təqvimdən də göründüyü kimi, Avro-2016-da azarkeşləri bir çox yeniliklər gözləyir. Belə ki, ilk dəfə olaraq qrupda 3-cü yeri tutan komandalar "play-off" matçlarına çıxacaqlar. Ən yaxşı 3-cü nəticə göstərmiş komanda isə birbaşa final mərhələsinə vəsiqə qazanacaq.

Daha bir yenilik isə qitə çempionatının final mərhələsində 24 millinin yarışacağıdır.

Bundan başqa, Avropa çempionatının qrup oyunları eyni gündə keçirilməyəcək.


Teqlər:





Xəbər lenti