“Azdrama”da yeni tamaşanın məşqlərinə başlanılıb - FOTOLAR
Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib. Tamaşada xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano), Ramiz Novruz (Domeniko Soriano), Cəfər Namiq Kamal (Alfredo Amorozo), aktyorlar Ləman İmanova (Rozaliya Solimene), Fəridə Şahbazova və Güney Əkbərova (Diana), Firuzə Balayeva (Luçiya - qulluqçu), Elnur Qədirov (Umberto), Corc Qafarov (Rikkardo), Vüsal Mustafayev (Mikele), Cavidan Novruz (Noçella – vəkil), əməkdar artist Mehriban Xanlarova (Terezina – dərzi) və aktrisa Xədicə Novruzlu (Ofisiant – Terezinanın qızı) çıxış edəcək.
Qeyd edək ki, Eduardo de Filippo bu məşhur əsəri 1946-cı ildə qələmə alıb. Elə həmin il Neopldakı Politeama teatrında tamaşanın dünya premyerası keçirilib. Tamaşa Filumena Marturano adlı qadının zəngin kişi Domeniko Soriano ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.
Şəhanə Rəhimli
Azvision.az
Teqlər: Azdrama