Ukraynanın opera ulduzları "Bohema" üçün Azərbaycana gələcəklər

Ukraynanın opera ulduzları "Bohema" üçün Azərbaycana gələcəklər
  30 Yanvar 2020    Oxunub:3437
Fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operasının tamaşası olacaq.
Tamaşada əsas partiyaları ifa etmək üçün Teatrın rəhbərliyi Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Tatyana Qaninanı (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin qalibi Eduard Martınyuku (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromovu (Marsel) dəvət etmişdir.

Tamaşada Ukrayna və Belorusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Respublikanın Əməkdar artistləri İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və b. çıxış edəcəklər.

Tamaşanı Azərbaycan Respublikasının Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.



Teqlər: Opera   Bohema  





Xəbər lenti