Üç ölkənin opera ulduzu Bakıda çıxış edəcək

Üç ölkənin opera ulduzu Bakıda çıxış edəcək
  29 Fevral 2020    Oxunub:3045
Martın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Aida” operası nümayiş ediləcək.
Azvision.az Teatrın mətbuat xidmətinə istinadən xəbər verir ki, səhnə əsərində Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı, Rusiya və Ukraynadan dəvət olunmuş sənət ulduzları da iştirak edəcəklər.

Operada Radames partiyasında K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Yeroxin çıxış edəcək.

Aida partiyasını Azərbaycanın Əməkdar artisti, “Humay” milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov operada müvafiq olaraq Misir şahı və Ramfis rollarında, Xalq artisti Gülnaz İsmayılova Kahin qadın, Əməkdar artistlər Səbinə Vahabzadə isə Amneris, Cahangir Qurbanov Amonasro rollarında çıxış edəcəklər.

Operanı idarə etmək üçün Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru, Belarusun Xalq artisti, professor Vyaçeslav Voliç dəvət olunub.



Azvision.az


Teqlər: Teatr   Opera  





Xəbər lenti