Bakıda məktəbə Arif Məlikovun adı verildi

 Bakıda məktəbə Arif Məlikovun adı verildi
  11 Mart 2020    Oxunub:4079
Bakı şəhər 11 nömrəli Onbirillik Musiqi Məktəbinə Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun adı verilib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Prezidentin fərdi təqaüdçüsü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan ali mükafatları olan “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub.

Xatırladaq ki, ötən il “A.C.Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Prezidenti müvafiq sərəncam imzalanıb. Sərəncamda Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsi tapşırılıb.

Azvision.az


Teqlər: Arif-Məlikov  





Xəbər lenti