Azərbaycanda 500-dək özəl tibb müəssisəsi var

Azərbaycanda 500-dək özəl tibb müəssisəsi var
  01 Yanvar 2014    Oxunub:1517
Özəl səhiyyə strukturlarının fəaliyyəti daim diqqətdə saxlanılır.
Azərbaycanda 500-dək özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir.

Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır.

Nazirliyin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, tibb fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi işinin təkmilləşdirilməsi məqsədilə xüsusi komissiya və analitik ekspertiza mərkəzində müvafiq şöbə yaradılıb. Bu sahədə nəzarətin gücləndirilməsi nəticəsində yalnız Bakı şəhərində lisenziyasız fəaliyyət göstərən stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkar edilərək barələrində müvafiq tədbir görülüb.

Ümumiyyətlə, 2013-cü ildə xüsusi razılıq (lisenziya) olmadan 376 özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğulolma faktı aşkarlanaraq inzibati icraat aparılıb.


Teqlər:  





Xəbər lenti