İranın hesablarından sanksiyalar götürülür

İranın hesablarından sanksiyalar götürülür
  02 Yanvar 2014    Oxunub:1121
İranın dondurulmuş hesablarından sanksiyalar götürülür.
İran mediasının verdiyi xəbərə görə, İran İslam Respublikasının iqtisadiyyat naziri bu gündən İranın dondurulmuş hesablarının azad olunduğunu bildirib. AzVision.az İslamazeri.az-a istinadən xəbər verir ki, bu barədə Əli Təyyibniya məlumat verib.

Nazir bildirib ki, dondurulmuş hesablardan sanksiyalar götürülüb və inşaat sektoru üçün bu hesablardan istifadə oluna bilər.

Qeyd edək ki, "5+1" qrupu ilə danışıqlardan sonra müvəqqəti razılaşmaya görə, İrana qarşı sanksiyalar götürülub və İslam Respublikasının milyardlarla dollarlıq hesablarının dondurulması ləğv edilib. İran bunun müqabilində nüvə fəaliyyətində şəffaqlıq üçün yoxlamalara izin verməlidir.


Teqlər:





Xəbər lenti