İranda qaz istehlakı krikit həddə çatıb

İranda qaz istehlakı krikit həddə çatıb
  02 Yanvar 2014    Oxunub:1844
AzVision.az xəbər verir ki, İranda sənaye müəssisələrinə qaz tədarükünün məhdudlaşdırıldığı halda, ölkədə soyuq hava şəraiti ilə əlaqədar qaz istehlakı kritik həddə çatıb. Bu barədə Trend cümə axşamı "Tabnak" saytına istinadən məlumat verir.

Dekabrın 30-da daxili və kommersiya müəssisələrinin ümumi qaz istehlakı sutkada 482 milyon kubmetri ötüb ki, bu da ötən il martın 21-də başlayan cari İran təqvim ilinin yeni rekordunu müəyyənləşdirib.

Elektrik stansiyalarına qaz tədarükü məhdudlaşdırılıb, poladtökmə, sement və neft-kimya sahələri daxil olmaqla, ölkənin əsas sənaye sahələri qaz çatışmazlığı ilə üzləşiblər.

Tehranda, həmçinin ölkənin şimal və qərb vilayətlərində bəzi avtomobil qazdoldurma kompressor stansiyalarına (AQKS) qazın verilişi çatışmazlıq və aşağı təzyiq səbəbindən dayandırılıb ki, bu da benzin istehlakının xeyli artmasına gətirib çıxarıb.

İranın AQKS Sahibləri İttifaqının Direktorlar Şurasının sədri Ardeşir Dadras bildirib ki, çatışmazlıq və aşağı təzyiq səbəbindən Tehranda AQKS-lərin təqribən 50 faizi bağlanılıb.


Teqlər:





Xəbər lenti