Sədrlik Ermənistandan Bolqarıstana keçdi

Sədrlik Ermənistandan Bolqarıstana keçdi
  02 Yanvar 2014    Oxunub:1246
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik Ermənistandan alındı.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik 6 ay müddətinə Ermənistandan Bolqarıstana keçib.

AzVision.az APA- ya istinadən xəbər verir ki, Bolqarıstanın xarici işlər naziri Kristian Viqenin bildirib ki, təşkilatda sədrlik dövründə onun təmsil etdiyi ölkənin əsas prioritetləri QDİƏT-in müxtəlif beynəlxalq və regional təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat, turizm, ekoloji sahələrində birgə layihələrin həyata keçirilməsi olacaq.

K.Viqenin əlavə edib ki, Bolqarıstan QDİƏT ilə Avropa Birliyi arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində də çalışacaq.

Qeyd edək ki, təşkilatda sədrlik əlifba sırası ilə Ermənistandan Azərbaycana keçməli idi, lakin 2014-cü ildə ölkəmiz bir çox struktura, o cümlədən Avropa Şurasına sədrlik edəcəyi və hazırda İqtisadi Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyinə görə Azərbaycan QDİƏT Katibliyinə bu qurumda sədrliyi öz üzərinə götürə biləcəyi tarixi təklif edib. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya bildirib ki, ölkəmiz təşkilatda sədrliyini 2015-ci ilin yanvarından qəbul edə biləcəyini bildirib: “Lakin əlifba sırasını dəyişmək istəmədilər, ona görə də Azərbaycan yenidən növbəsi çatanda sədrlik edəcək”.

QDİƏT 1992-ci il iyunun 5-dən fəaliyyətinə başlayıb. Təşkilata Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna daxildir. Azərbaycan 2009-cu ilin ikinci yarısında QDİƏT-ə sədrlik edib.


Teqlər:





Xəbər lenti