Azərbaycanda ÜDM həcmi artıb

Azərbaycanda ÜDM həcmi artıb
  03 Yanvar 2014    Oxunub:1220
Azərbaycanda ümumi daxili məhsulun həcmi artıb.
2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi 52,1 milyard manata çatıb və əvvəlki ilin eyni dövrünə nisbətən 5,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən AzVision.az -a bildiriblər ki, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 4,3 faiz artaraq, 5604,2 manat və ya 7142,8 ABŞ dolları olub.

ÜDM –in 33,0 milyard manatı iqtisadiyyatın istehsal, 15,7 milyard manatı xidmət sahələrinin payına düşmüş, bu sahələrdə əlavə dəyər müvafiq olaraq 5 və 6,7 faiz artıb.

Məhsula və idxala xalis vergilər ÜDM –in 6,3 faizini təşkil edib.


Teqlər:





Xəbər lenti