Ötən il tikinti işlərinə 9,7 milyard manat xərclənib

Ötən il tikinti işlərinə 9,7 milyard manat xərclənib
  03 Yanvar 2014    Oxunub:1225
Ötən ilin 11 ayında Azərbaycanda 9,7 milyard manatlıq tikinti -quraşdırma işləri görülüb.
Azərbaycanda 2013-cü ilin yanvar-noyabr aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,6 milyard manat həcmində vəsait yönəldilib və 9,7 milyard manatlıq tikinti-quraşdırma işləri görülüb.

Dövlət Statistika Komitəsindən AzVision.az -a bildiriblər ki, əsaslı vəsaitin 74,1 faizini və ya 10,8 milyard manatını daxili investisiyalar təşkil edib.

2012-ci ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 14,8 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 26,7 faiz artıb.

Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 50,6 faizi, yaxud 7,4 milyard manat sərf olunub.


Teqlər:





Xəbər lenti