Şumaher ad gününü xəstəxanada keçirdi - VİDEO

Şumaher ad gününü xəstəxanada keçirdi - VİDEO
  03 Yanvar 2014    Oxunub:1460
Bu gün hələ də komada olan Şumaherin 45 yaşı olur.
AzVision.az “euronews”a istinadən xəbər verir ki, Mixail Şumaherin bu gün 45 yaşı tamam olur. Təəsüf ki, məşhur “Formula-1” yarışcısı ad günün Qrenoblda olan xəstəxanada qeyd edir. Meribeldə əməliyyatlarla nəticələnən faciəvi yıxılmaqdan sonra Şumaher süni komada qalmaqda davam edir. Bu günlərdə hospitala yarışçının yaxın dostu əvvəllər “Formula-1”də Ferrari şöbəsinin rəhbəri olan, hazırda Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todt gəlib. Bundan əlavə Şumaherin yoldaşı və uşaqları elə Şumaherin yanında xəstəxanada qalırlar.

Klinikanın pəncərələrinin qabağında isə yarışçının fanatları yığışıb. Onlar hətta Şumaherə dəstək olmaq üçün klinikada hamının qırmızı geyinməyini də təklif edirlər.

Hazırda Fransanın ən güclü həkimləri Şumaherin başının üstündədir. Hökümət baş verən bədbəxt hadisənin araşdırmalarını davam edir.




Teqlər:  





Xəbər lenti