Mustafa Dənizli Azərbaycanda tikilən stadionlardan danışdı

Mustafa Dənizli Azərbaycanda tikilən stadionlardan danışdı
  03 Yanvar 2014    Oxunub:1444
"Avropa kuboklarına qatılan Azərbaycan komandalarına inanılmaz dəstək var".
AzVision.az xəbər verir ki, “Azərbaycan futbolda çıxış axtaran və bunun üçün hər cür qərait yaratmağa çalışan ölkədir. Azərbaycanda Türkiyə futbolunun 70-ci, 80-ci 90-cı 2000-ci illərini gbrmək mümkündür. Yəni, bu dörd mərhələni yaşayır hazırda”. Musavat.com-un məlumatına görə, bunu Türkiyənin tanınmış futbol mütəxəssisi, hazırda Azərbaycanın “Xəzər-Lənkəran” klubunda çalışan məqşçi Mustafa Dənizli Türkiyə telekanalına müsahibəsində deyib.

Mustafa Dənizi Azərbaycanda inşa edilən stadionlardan və azarkeşlərdən də danışıb: “Elə stadionlar tikirlər ki. İndi 65 min nəfərlik bir stadion inşa edirlər. Möhtəşəm bir şeydir. Amma hələ təşkilati mərhələdədirlər. Kefiyyətli futboçuları var. Çempionata marağa normal demək olar. Avropa kuboklarına qatılan Azərbaycan komandalarına inanılmaz dəstək var. Təsnifat mərhələsində 40-50 min azarkeşlə oynayırlar. Qrupdan çıxdıqlarını düşünsəniz, ölkə futbol həyəcanını beynəlxalq uğur kimi görür”.


Teqlər:





Xəbər lenti