Rövnəq Abdullayev: “Ancaq “istefa” deyirlər”

Rövnəq Abdullayev: “Ancaq “istefa” deyirlər”
  15 Mart 2013    Oxunub:1878
2012-ci ilin Azərbaycan futbolu üçün yaddaqalan və uğurlu il adlandıran Rövnəq Abdullayev 2020-ci ildə baş tutacaq Avropa çempionatının final mərhələsinin bir oyununu qəbul etmək üçün ölkəmizdə hər cür şəraitin olduğunu vurğulayıb və bunun üçün bütün səylərin göstərildiyini deyib.

Jurnalistlərin suallarını cavablandırarkən komanda uduzanda da, ona dəstək olmaq lazımdır deyən AFFA prezidenti bəzi azarkeşlərdən narazılıq edib: “Onlar gərək uduzanda da komandanı dəstəkləsinlər, futbolçulara güvənsinlər. Bizim azarkeşlər isə ancaq “istefa” və “bir daha” şüarları səsləndirir. Belə azarkeşlik etmək olmaz”.

AFFA prezidenti Böyük Şor qəsəbəsində inşa olunan olimpiya stadionun qiymətinin 640 milyon dollar olması ilə bağlı sualı cavablandırarkən “Bu, təqribi rəqəmdir. Qiymət 620-640 milyon arasındadır” deyib.


Teqlər:  





Xəbər lenti