Təhlükə olarsa ABŞ idmançılarını Soçidən çıxardacaq

Təhlükə olarsa ABŞ idmançılarını Soçidən çıxardacaq
  10 Yanvar 2014    Oxunub:1505
ABŞ öz idmançılarının Soçidən evakuasiyası üçün təyyarələr hazırlayıb.
Soçidə keçiriləcək Olimpiya oyunları ərəfəsində ABŞ terrorçuluq hadisəsi və ya belə bir təhlükə zamanı öz idmançılarının Rusiyanın bu kurort şəhərindən kütləvi evakuasiyası üçün plan işləyib hazırlayıb.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, yerli Xizəksürmə idmanı və snoubordinq federasiyası xüsusi mühafizə şirkəti ilə müqavilə imzalayıb. Terror təhlükəsi səviyyəsinin yüksək olduğunu nəzərə alaraq atletlərin təcili surətdə Soçidən evakuasiyası üçün 200 nəfərlik beş təyyarə ehtiyatda saxlanılır.

“Global Rescue” şirkətinin rəhbəri Den Riçards qeyd edib ki, şirkətin artıq uzun illərdən bəri Xizəksürmə idmanı federasiyası ilə əməkdaşlıq etdiyinə baxmayaraq, hələ heç vaxt belə təhlükəsizlik tədbirləri görülməyib.

Xatırladırıq ki, yanvarın 7-dən Soçidə xüsusi təhlükəsizlik tədbirləri tətbiq olunur. Rusiya hüquq mühafizə orqanları pilotsuz təyyarələrdən və hətta “yer-hava” tipli raketlərdən istifadə edəcəklər. Şəhərin özündə asayişi təqribən 40 min əsgər və polis işçisi qoruyacaq.


Teqlər:  





Xəbər lenti