Göyçay idmançıları 492 qızıl medal qazanıb

Göyçay idmançıları 492 qızıl medal qazanıb
  13 Yanvar 2014    Oxunub:1808
Göyçay idmançılarından 492-si qızıl, gümüş və bürünc medal qazanıb.
AzVision.az xəbər verir ki, Göyçay rayonunda gənclərin sağlamlığının qorunması, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində lazımı tədbirlər görülür.

Göyçay Rayon Gənclər və İdman İdarəsindən AzərTAc-a bildiriblər ki, hazırda rayonda 5 min 390 gənc müntəzəm olaraq idmanla məşğuldur. Rayon idmançılarından 3253 nəfəri 2013-cü ildə Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq Göyçayda, paytaxtda və ölkənin digər bölgələrində, eləcə də xarici ölkələrdə keçirilən ümumilikdə 81 idman yarışında iştirak edib. Həmin idmançılardan 492-si qızıl, gümüş və bürünc medal qazanıb. Həmçinin rayonun 57 idmançısı müxtəlif turnirlərdə yüksək səviyyədə çıxış edərək birinci dərəcə normasını ödəyib.

Hazırda rayonda bir olimpiya idman kompleksi, bir kompleks idman qurğusu, iki stadion, 32 idman zalı, 128 sadə idman meydançası, bir üzgüçülük hovuzu, 3 trenajor zalı, bir idman klubu, 3 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir.


Teqlər:





Xəbər lenti