1 milyondan artıq abonent qazla təmin olunub

1 milyondan artıq abonent qazla təmin olunub
  13 Yanvar 2014    Oxunub:1181
Təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 648 minə çatıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AzVision.az-a verilən məlumata görə, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 647 min 906-a çatıb.

Onların 19 min 830-u qeyri-əhali abonentidir. İndiyədək təbii qazla təmin olunmuş 1 milyon 579 min 085 əhali abonentindən əlavə, 2013-cü ilin sentyabr-dekabr aylarında çoxmərtəbəli və yüksək mərtəbəli yaşayış binalarında, həmçinin fərdi qaydada qazlaşmış mənzillərdə 48991 əhali abonenti qeydiyyata alınıb. Ümumilikdə, 1 yanvar 2014-cü il tarixə mövcud olan 1 milyon 628 min 076 əhali abonentindən 167 min 536-sı ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir ki, bunun da 57 min 708-i Bakı, Abşeron və Sumqayıt, 109 min 828-i isə digər regionların payına düşür. Təkcə 2013-cü ilin dekabr ayı ərzində 22294 yeni abonent qeydiyyata alınmışdır. Bunun 10 279-u Bakı, Abşeron və Sumqayıt, 12 min 015-i isə digər regionlara aiddir. Yeni əhali abonentlərinin sayının artmasında ötən il qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş 217 yaşayış məntəqəsi də mühüm paya malikdir.

Ümumiyyətlə, abonentlərin 701 min 645-i Bakı şəhəri (691 min 448 əhali, 10 min 197 qeyri-əhali abonenti), 946 min 261-i isə digər regionların (936 min 628 əhali, 9 min 633 qeyri-əhali abonenti) payına düşür.

AzVision.az


Teqlər:  





Xəbər lenti