Azərbaycanda 17 milyard hara xərclənib?

Azərbaycanda 17 milyard hara xərclənib?
  18 Yanvar 2014    Oxunub:1241
Ötən il ölkə iqtisadiyyatının digər sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bütün maliyyə mənbələrindən əsas kapitala 17,9 milyard manat və ya əvvəlki ilə nisbətən 15,1 faiz çox vəsait yönəldilib. Bununsa 76,7 faizi daxili mənbələr hesabına təmin olunub.

Qeyd edilib ki, sərf edilmiş sərmayələrin 48,3 faizi məhsul istehsalı, 51,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 57,8 faizini təşkil edib.


Teqlər:  





Xəbər lenti