“COVİD-19”a meydan oxuyan klip – VİDEO
Layihənin ümumi konsepsiyası isə belədir: Acizlik tam məğlubiyyət deyil. Dərindən nəfəs alıb, güc toplayıb irəliləmək mümküdür. Fəqət, əgər ciyərlərinə adı hətta korona olan virus bulaşıbsa, boğulursansa bir anlıq düşün. Axı sən kimsən? Mikelancelonun məşhur “Adəmin yaradılışı” rəsmini xatırla. Orada Tanrı yaşlı, ağ saqqalı, ağ plaşa bürünmüş kişi kimi, Adəm isə ondan solda və bir qədər aşağıda tamamilə çılpaq kişi kimi göstərilib. Düşün ki, həmin Adəm kimi Sən də əlini elə indi Tanrıya uzatsan yenidən həyata qayıda bilərsən və ciyərlərin rahat nəfəs alar. Qorxma, qalx, əlini Tanrıya uzat və həyata davam et!
Axı sən İNSAN OĞLUSAN...
Teqlər: