Bu şirkətlərin kapitallı bir ölkənin xərcindən çoxdur - MÜQAİSƏ

Bu şirkətlərin kapitallı bir ölkənin xərcindən çoxdur - MÜQAİSƏ
  18 Yanvar 2014    Oxunub:1145
“Facebook”un kapitallaşma həcmi Malayziyanın kapitallaşmasını ötür.
AzVision.az Computerworld-a istinadən xəbər verir ki, “Bank of America Merill Lynch” bankının investisiya strategiyası üzrə baş mütəxəssisi Maykl Hartnett ABŞ-ın doqquz nəhəng şirkətinin (Exxon, Google, GE, Wells Fargo, P&G, IBM, Facebook, CVS və Starbucks) kapitallaşma həcmini iqtisadiyyatı inkişaf etməkdə olan doqquz ölkənin (Tayvan, Braziliya, Cənubi Afrika, Hindistan, Rusiya, Meksika, Malayziya, İndoneziya və Türkiyə) kapitallaşması ilə müqayisə edib. Mütəxəssis kapitallaşma, ölkə və şirkətləri onların açıq dövriyyədəki qiymətli kağızlarının həcminə görə qiymətləndirib.

Nəticədə məlum olub ki, bəzi şirkətlərin kapitallaşması bir neçə ölkənin kapitallaşma həcmini ötür. Məsələn, “Facebook” sosial şəbəkəsinin dövriyyədə olan bütün səhmlərinin bazar dəyəri 145 milyard dollara çatdığı halda Malayziyanın analoji göstəricisi 143 milyard dollar təşkil edir, “IBM” şirkətinin kapitallaşması (204 milyard dollar) Meksikanın kapitallaşmasını (201 milyard dollar) ötür, “Google” internet şirkətinin kapitallaşması (380 milyard dollar) isə Braziliyanın kapitallaşma həcmindən (393 milyard dollar) cüzi geri qalır. “Wells Fargo” şirkəti (241 milyard dollar) Hindistan (234 milyard dollar) və Rusiyanı (225 milyard dollar) qabaqlayıb, "Starbucks” isə Türkiyə (57 milyard dollar) ilə təxminən eyni səviyyədə yer alıb. Siyahıda ən bahalı şirkət olan “Exxon”un kapitallaşması 439 milyard dollar təşkil etməklə Tayvanın kapitallaşma həcmini (430 milyard dollar) ötüb.


Teqlər:





Xəbər lenti