XƏBƏRDARLIQ- 24-nə kimi işıq pulunu ödəyin

 XƏBƏRDARLIQ- 24-nə kimi işıq pulunu ödəyin
  22 Yanvar 2014    Oxunub:1519
Borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dayandıracaq.
“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı yanvarın 24-də, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun heç bir güzəşt edilmədən dayandıracaq.

Şirkətdən AzVision.az-a bildiriblər ki, abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayılır. Belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün çox ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunan elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, “Bakıelektrikşəbəkə” ASC-nin ödəmə məntəqələrində, həmçinin internet sayt ( www.bes.az) vasitəsilə “onlayn” olaraq həyata keçirilə bilər.


Teqlər:





Xəbər lenti