Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatıb

Naxçıvanda pensiyaların maliyyələşdirilməsi başa çatıb
  11 Avqust 2020    Oxunub:2277
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üçün əhaliyə bütün növ əmək pensiyalarının ödənilməsi vaxtından əvvəl başa çatdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Fondun məlumatında bildirilib.

Qeyd olunub ki, pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsi təmin olunub. Pensiyalar plastik bank kartları vasitəsilə və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələri vasitəsilə ödənilib.

Həmçinin, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Azvision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti