Oğuza istirahətə gedənlər cərimələndi

Oğuza istirahətə gedənlər cərimələndi
  11 Avqust 2020    Oxunub:1937
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahətə gələn şəxslərin müəyyən edilərək barələrində qanunauyğun tədbirlərin görülməsi məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərinə gedən yollarda keçirilən reydlər zamanı bəzi şəxslərin qaydaları pozduqları aşkar edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

Azvision.az



Teqlər: Oğuz   DİN  





Xəbər lenti