Çindən gələn həkimlər payız-qış mövsümünə hazırlıqla tanış oldular

Çindən gələn həkimlər payız-qış mövsümünə hazırlıqla tanış oldular
  11 Avqust 2020    Oxunub:2326
Avqustun 10-da ölkəmizə Çindən gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, ekspertlər qeyri-COVID xəstəxanasında stasionar və poliklinik şöbələrdə yaradılmış şəraitlə, pasiyentlərin qəbulu prosesi, xəstələrin çeşidlənməsi və payız-qış mövsümünə hazırlıqla tanış olublar.



Eyni zamanda, TƏBİB-in mütəxəssisləri ilə praktiki və nəzəri fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəmizə göndərib.



Azvision.az



Teqlər: Çin   Həkim   TƏBİB  





Xəbər lenti