Bakıda liftin şaxtasına düşən şəxs xilas edildi
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş tikintisi başa çatmayan binanın birinci mərtəbəsində olarkən ehtiyatsızlıqdan lift üçün nəzərdə tutulan boşluğa yıxılıb və xəsarət alıb.
Xilasedicilər, təhlükəsizlik qaydalarına riayət etməklə, vətəndaşı şaxtadan çıxarıblar. Xilas olunan şəxs hadisə yerinə cəlb olunan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.
Azvision.az
Teqlər: FHN