105 əcnəbi vətəndaşlıq məsələləri ilə bağlı müraciət edib

105 əcnəbi vətəndaşlıq məsələləri ilə bağlı müraciət edib
  13 Avqust 2020    Oxunub:2877
Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər iyul ayında da davam etdirilib.
Xidmətin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan 1 əcnəbi barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə 140 müraciət daxil olub. Onlardan 105-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.

Həmçinin olduğu yer üzrə qeydiyyatla bağlı 35 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 32-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

Azvision.az


Teqlər: Naxçıvan   Miqrasiya  





Xəbər lenti