Payızlıq və yazlıq biçinin statistikası
Respublikanın 30 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 25 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90%-dən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90%-dən aşağı olub.
Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44,1 sentner), Saatlı (müvafiq olaraq 41,6), Sabirabad (41,3), Samux (40,1), Ağdam (40,1), Tərtər (39,6), Salyan (39,6), İmişli (39,1), Tovuz (38,4) və Ağcabədi (37,2) rayonlarında olub.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Şəki şəhərində (199,9 min ton), Cəlilabad (176,6 min ton), Kürdəmir (128 min ton), Neftçala (123,8 min ton), Füzuli (118 min ton), Ağsu (113,7 min ton), Ağcabədi (105,5 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (118 min ton) müşahidə olunub.
Azvision.az