Ayın 14-dən sonra temperatur normadan aşağı enəcək

   Ayın 14-dən sonra temperatur normadan aşağı enəcək
  13 Avqust 2020    Oxunub:3504
Avqust ayının ortalarında hava sərin keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, avqust yay fəslinin ən isti ayıdır.

Xüsusən də son onilliklərdə ən davamiyyətli isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb. Ötən illərdən fərqli olaraq, bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub.

Bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır.

Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq. Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.

Azvision.az



Teqlər: Hava   Avqust  





Xəbər lenti