Nazirliyə yeni səlahiyyətlər verildi
Belə ki, nazirlik "Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edəcək.
Bundan əlavə, nazirliyin vəzifələri sırasına “Hökumət buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin etmək; dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etmək; Nazirliyin Data Mərkəzində, eləcə də “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etmək; “Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görmək daxil edilib.
Eyni zamanda, nazirlik “Hökumət buludu”nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görəcək.
Azvision.az