Polis Binəqədidə epidemioloji tələblərlə bağlı tədbirlər keçirib

Polis Binəqədidə epidemioloji tələblərlə bağlı tədbirlər keçirib
  18 Avqust 2020    Oxunub:2807
Paytaxtın Binəqədi rayonunda fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin təmin olunması üçün nəzarət-profilaktik tədbirlər keçirilib.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, rayon icra hakimiyyətinin, Gigiyena və epidemiologiya mərkəzinin və polis idarəsinin əməkdaşları tərəfindən xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılıb.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

Paytaxtda ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Binəqədi  





Xəbər lenti