Şamaxıda toy edənlər cərimələnib
Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, restoranın sahibi Hilal Bəkirov, A.Cəfərov və toyda iştirak edən 11 nəfər saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Karantin rejimi qaydalarını pozduqlarına görə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilib, H.Bəkirov 1500 manat, digərləri isə 200 manat məbləğində cərimə olunublar.
Azvision.az
Teqlər: Toy