Biləsuvarda polis ictimai nəqliyyatda reyd keçirib

Biləsuvarda polis ictimai nəqliyyatda reyd keçirib
  21 Avqust 2020    Oxunub:2411
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə, eləcə də karantin rejimi zamanı müəyyən edilmiş normadan artıq sərnişin götürən sürücülərə qarşı reyd keçirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Biləsuvar rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatdan istifadə edən sakinlərə tibbi maskalar paylanıb.

Reyd zamanı həmçinin, avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə ciddi xəbərdarlıq edilib. Xəbərdarlıqlara baxmayaraq, qaydaları pozan sürücülər barəsində müvafiq qaydada protokollar tərtib edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti